SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi" - Səməd Səmədov

"Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi" - Səməd Səmədov

Tarix:

24-01-2017, 11:02

/ 2 067 dəfə oxundu.
"Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi" - Səməd Səmədov

“Şou-məkan” proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Artıq sənət meydanını birdəfəlik gənc müğənnilərə təhvil verib:

“Hər şey artıq 30 ildir ki, nəzarət altındadır. Ayrı cür ola da bilməz. Sadəcə toylar azalıb. Bunu tək mən demirəm, hamı şikayət edir”.

Xalq artisti maraqlı bir etiraf edib:

“10 il bundan qabaq oğlumun qarşısına 4-5 disk qoydum. Elton, Elnur, Zamiq, Ayaz. Dedim, “bunlar sənin atanı da, kralı da məhv edəcəklər”. Elə də oldu. Onlar gələndə özümü narahat hiss etdim. Çox güclü və istedadlı idilər”.

Müğənni Əli Mirəliyevin onu məşhurlaşdırdığını deyib:

“30 il fəaliyyət göstərmişəm, məni əgər 50 faiz adam tanıyırdısa, Əli Mirəliyevlə qalmaqaldan sonra hansı rayona gedirəm, maşından düşürəm, hansıa dükana girirəm, hamı başıma yığılır. Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi”.

Şərhlər

XƏBƏR LENTİ