yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Həyat yoldaşım o videoya baxıb..." - Əməkdar artist

15-05-2017, 15:23 63 132 dəfə baxılıb
yüklənir...

“Biganəlikdən, tərbiyəsizlikdən təsirlənirəm. Özündən böyüyə “sən” deyə müraciət edəndə mənə pis təsir edir”.

Məlumata görə, bunu əməkdar artist Nüşabə Ələsgərli Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” verilişinə açıqlamasında deyib. Həyatda təsirləndiyi məqamlardan danışan müğənni tələbələrindən də şikayət edib: “İndi böyük-kiçik saymırlar. Əvvəllər ictimai nəqliyyatda qadına, qocaya, hamilə qadınlara yer verirdilər. Bu kimi gözəl adət-ənənələr get-gedə itir. Özündən böyüyə hörmət etmək mədəniyyət işidir. İndi böyüklərin yanında oğlanlar siqaret çəkir. Belə şeyləri görəndə çox təsirlənirəm. Amma bir də görürsən tələbə siqaret çəkir, müəlliminin gəldiyini görəndə siqareti gizlədir. Bunu görəndə sevinirəm. Deyirlər ki, Avropaya inteqrasiya edirik, adət-ənənələr dəyişir, inkişaf edirik. Mən Avropaya belə inteqrasiya etmək istəmirəm”.

Əməkdar artist həssas və emosional olduğunu da etiraf edib. O, həyat yoldaşı ilə bu baxımdan oxşadıqlarını deyib: “Ötən gün heyvanlarla bağlı videoya baxdım. Bir it ölən digər iti qucaqlayıb hönkürtü ilə ağlayır. Çox təsirləndim. Həyat yoldaşım da bu videoya baxıb təsirləndi. Əslində cəmiyyətimizdə təsirlənməli çox hallar var”.

Proqramın digər qonağı olan Bakı Uşaq Teatrının yaradıcı, aktyor və rejissor İntiqam Soltan da maraqlı bir açıqlama verib. Stereotipləri hər zaman qırmağa çalışan İ.Soltan bunu ailəsində etdiyini bildirib: “Milli mentalitet, adət-ənənədən danışa bilərik. Amma zaman göstərir ki, istər-istəməz sərhədlər açılırsa, otağın havası dəyişəcək. Sadəcə əndazəni qorumaq lazımdır. Amma bəzi hallarda stereotipləri qırmalıyıq. Məsələn, 25 il əvvəl ailə qurdum, amma toyumuzu 10 il sonra etdik. Oğlumun adını öz adım kimi İntiqam, qızımın adını həyat yoldaşımın adı kimi Arzu qoyduq. Üçüncü övladımın, qızımın adını isə öz adlarımızı birləşdirib qoydum - İnar, yəni İntiqam və Arzu. Oğlumun adının mənim adım olduğunu bilənlər çox təəccüblənirlər. Mən hər zaman təəssüflənmişəm ki, niyə atam öz adını mənə qoymadı. Ona görə də özüm bu arzumu yerinə yetirdim”.

Verilişin digər qonaqları olan psixoloqlar isə Elnur və Narınc Rüstəmova, müğənni Təranə Mahmudova da həyatda təsirləndikləri məqamlardan bəhs ediblər.
Qeyd edək ki, “Xanımlar və cənablar” verilişinin informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Emekdar, yoldashim, o, baxib, videoya, artist, Heyat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ