yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...

Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...
12-05-2017, 17:45 87 274 dəfə baxılıb
yüklənir...

Dünya ulduzları konsert vermək təklifi alanda ilk növbədə rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirir.

Ölkəmizdə baş tutacaq “Formula 1” yarışları çərçivəsində Meray keri, Tarkan, Nikol Şerzinger kimi tanınmış müğənnilər və "Black Eyed Peas" qrupunun konserti gerçəkləşəcək. Görəsən, həmin ulduzların rayderləri nədən ibarətdir?

Həmin ifaçıların rayderlərini təqdim edirik.

Onlar indiyə kimi getdirləri konsertlərdə bunları tələb ediblər:

Meray Keri dünyanın ən kaprizli ulduzlarındandır. Onun istəkləri arasında ilk növbədə dəyəri 1500 dollar olan şampan şərabından bir neçə şüşə olmasıdır. Onun qalacağı otaqda unitaz, əlyuma yeri və vanna yeni quraşdırılmalıdır. Tutacaqlar isə qızılı dəmirdən olmalıdır. Otaqda mütlək yumuşaq oyuncaqlar, 200 ədəd dəsmal, təbii güllər yerləşdirilməli, yerə və yatağa qızılgül ləçəkləri tökülməlidir. Meray Keri mineral su ilə vanna qəbul etməyi xoşlayır. Keri getdiyi yerə itini də aparır. İti üçün də əlavə vanna quraşdırılmasını tələb edir. O, mineral su ilə vanna qəbul edərkən, iti də onun yanında olmalı və mineral su ilə doldurulmuş vannaya uzadılmalıdır. Ən əsası isə o səhnəyə çıxanda kulisdə xüsusi bir adam qoyulmalıdır. Meray Keri səhnəyə çıxanda ona saqqızını verməlidir.

Nikol Şerzinger də getdiyi yerdə rayderlərini ilk təqdim edənlərdəndir. Onun rayderinə ilk növbədə sıyıq daxildir. Daha sonra isə dənli bitkilərdən olan qidalar olmalıdır. Qrim otağında 20 dəsməl yerləşdirilməlidir. Onlar isə mütləq qara rəngdə olmalıdır. Ekzotik meyvələr yer almalıdır. Otaqdan gözəl qoxu gəlməlidir. Nikol meneceri ilə eyni mərtəbədə qalmalıdır.

Tarkan rayderində ilk növbədə onun yaradıcılığı ilə bağlı istəklər yer alır. Orkestri ilə eyni oteldə qalmalıdır, onların yeməyi, rahatlığı yüksək səviyyədə təşkil edilməlidir. Kulisdə viski, antep fıstığı və çoxlu dəsmal olmalıdır. Onları görməyəndə çox əsəbiləşir. Konsert hazırlığı uzun vaxt aparır. Kulisdə çox səs-küy olmamalıdır. Rahatlamaq üçün çoxlu bitki çayı içir. Özəl olaraq Bolqarıstandan gətirilən bitki qarışıqlı çayı içməsə, səhnəyə çıxmır.

"Black Eyed Peas" qrupunun rayderi 38 səhifədən ibarətdir. Təkcə kulisdə ən bahalı brenddən olan araqdan 5 şüşə, 11 ədəd ağ pendir və ispanaqdan hazırlanan sendviç, 8 ədəd donuz ətindən hazırlanan sendviç, 42 şüşə su, portağal, kokteyl və başqa tələblər olmalıdır. Özləri ilə birlikdə heç bir texniki avadanlıq gətirmirlər. Hamısını təşkilatçı özü təmin etməlidir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: teze, unitaz, uchun, ulduzlarin, gelecek, it, istekleri, vanna, qeribe, 200, Bakiya, desmal
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ