yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ülvira və Yeganə qalmaqalı böyüyür: - "Boğazında qalar..."

Ülvira və Yeganə qalmaqalı böyüyür: -
11-05-2017, 12:19 34 058 dəfə baxılıb
yüklənir...

Aparıcılar Ülvira Qarayeva və Yeganə Cansail bir müddət əvvəl sosial şəbəkədə bir-birinin ünvanına tənqidlər yazmışdı.

Axşam.az-ın məlumatına görə, yayımı dayandırlan “Ferma” verilişinin aparıcıları arasındakı qalmaqalın səbəbi bəlli olmasa da, Yeganə qarşı tərəfi “Ayağıağır” adlandırmışdı. O, hətta Ü.Qarayevanın proqrama gəlməsini qınamışdı.

Bu yaxınlarda isə ARB TV-də “Yarımada” adlı yeni realiti-şounun başlayacağının anonsu yayımlanıb. Anonsdan bəlli olub ki, Ülvira və Yeganə bu layihədə də birlikdə aparıcılıq edəcəklər.

Onların bu addımı isə “Yeni layihənin piarı üçün süni qalmaqal yaratdılar” söz-söhbətlərini gündəmə gətirib.

Y.Cansail isə bu iddiaları rədd edərək, hələ də Ü.Qarayeva ilə danışmadığını deyib. O bildirib ki, həmkarının niyyəti tək aparıcılıq etməkdir:

“Ferma” verilişinə yeni gələndə çox yaxşı yola gedirdik. Ancaq yeni layihədə bu xanım 180 dərəcə dəyişdi. Verilişi tək aparmaq eşqinə düşüb. Bu, ona qismət olmayacaq. Aramızda intriqa yaranıb, danışmırıq. Layihəni onunla bir yox, ayrı aparacam. Belə hallar televiziyada çox olur. Proqramı tək aparmaq istəyi onun boğazında qalar".

Ü.Qarayeva isə layihəni Y.Cansaillə birlikdə aparacağından xəbərsiz olduğunu söyləyib:

"Onun layihədə olacağından xəbərsizəm. Mənim üçün olmasının da bir önəmi yoxdur. Mən divlərlə çalışmışam”.

Qeyd edək ki, "Yarımada" mayın 15-dən yayımlanmağa başlayacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ve, Yegane, boyuyur, Bogazinda, qalar, , Ulvira, qalmaqali
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

28-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ