yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Onlar üçün başqa nə edə bilərəm? ” - Kibariyə Bakıda

“Onlar üçün başqa nə edə bilərəm? ” - Kibariyə Bakıda
1-05-2017, 15:13 59 177 dəfə baxılıb
yüklənir...

ürkiyənin məşhur müğənnisi Kibariyə kameramıza tuş gəlib. Sənətçi meneceri ilə konsertin təşkilatçısı Vəfa Vaqifqızı ilə “Köşebaşı” restoranında nahar edib.
Kibariyə nahardan sonra suallarımızı cavablandırıb. O, artıq Bakının daimi sakini olduğunu söyləyib:
“Bakının ən köhnə vaxtlarından buraya gəlirəm. Hər dövrdə paytaxtınızda olmuşam. Bu dəfə hər şey yenilənib, çox gözəl olub. Mən azərbaycanlıları çox sevirəm. Dəhşət qonaqpərvərdirlər. Elə bil ki, öz evimdəyəm. Şəhəriniz çox modern olub. Dünən gəzmişəm, övladıma hədiyyələr almışam”.
Müğənni axşam konsertində Zenfira İbrahimova ilə duet oxuyacağını söyləyib:
“Onun möhtəşəm səsi var və gözəl bir qızdır. Məni inanılmaz dərəcədə yaxşı qarşıladılar. Sözdə yox, əməldə hər şeyi göstərdilər. Mənim üçün br insanlıq köşəsi ayırdılar. Onlara min dəfə təşəkkür edirəm. Qızımla da duet oxuyacam”.
İfaçı Bakıdakı konserti üçün xüsusi proqram hazırladığını vurğulayıb:
"Bütün sevənlərim üçün xüsusi proqram hazırlamışam, mahnılar oxuyacam. Mən müğənniyəm. Pərəstişkarlarım üçün başqa nə edə bilərəm? Məqsəd odur ki, onlara gözəl dəqiqələr yaşadım".
Kibariyə əməkdar artist Xumar Qədimova ilə hələ də, əlaqəsinin olduğunu, tez-tez görüşdüyünü bildirib:
“Xumar Qədimova mənim köhnə dostumdur. Səsi və xarakteri əladır. Onunla Türkiyədə duet etdik. Çox bəyənildi. Hələ də, onunla əlaqəm var. Dünən zəng vurdum, danışdıq. Dedi ki, İstanbula gələcəm, görüşək. Mən də razılaşdım. Dostlarımla əlaqəm gözəldi. Xüsusi qısqanclığım yoxdur. Ancaq kompleksi olan insanlar qısqanclıq edər. Mən xoşbəxtəm, özümlə barışığam. Pisliklərdən uzağam”.
“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Kibariye, bilerem, bashqa, Bakida, ede, ne, uchun, Onlar,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ