yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Qızımın işi gələcək üçün var-dövlət toplamaqdır” - Xalq artisti

“Qızımın işi gələcək üçün var-dövlət toplamaqdır” - Xalq artisti
25-04-2017, 18:16 81 056 dəfə baxılıb

“Qızımın telefon işlətməyinə icazə vermirəm”
“Ev işlərini bütün köməkçilərdən yaxşı görərəm”
ARB TV-nin "Evgördü" verilişinə qonaq olan xalq artisti Məleykə Əsədova maraqlı açıqlamalar verib.
O, ilk olaraq qızı ilə olan münasibətindən bəhs edib:
"Məni gözəl saxlayan, qızımla olan münasibətimdir. Qızıma hər zaman vaxt ayırıram. İstirahət günlərimi və yay tətillərini qızımla keçirirəm. Məktəb zamanı qızımın da zamanı olmur. O qədər dərs oxuyur ki, çatdırmır. Qızımın telefonu, İpad-ı yoxdur. Ancaq tətil zamanları istifadə edir. Qızıma telefon işlətməyə icazə vermirəm. Telefon diqqət yayındırır. Nəinki mənim qızıma, bütün uşaqlara lazım deyil. Adicə səhnədə məşq edəndə mən telefon işlətmirəm. Qızımın bu dəqiqə işi gələcək həyata savad, var-dövlət toplamaqdır".
Xalq artisti daha sonra gərgin iş rejimindən və stilinin dəyişməsindən bəhs edib:
"İşlərim çox olur. Başım qarışıqdır. Ev işlərini, təmizliyi çox sevirəm. Ev işlərini bütün köməkçilərdən yaxşı görərəm. Evdə köməkçi olmayanda da özüm edirəm. Saçımın rəngini dəyişdim. Dəyişən kimi zəng elədilər ki, təcili dəyiş. Bəyənməmişdilər. Dünyaya gələndə sap-sarı saçlarla gəlmişəm. Filmlərdə isə dəyişirəm".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ