SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Recep İvedik Azərbaycandan İMTİNA ETDİ!

Recep İvedik Azərbaycandan İMTİNA ETDİ!

Tarix:

18-04-2017, 10:23

/ 59 004 dəfə oxundu.
Recep İvedik Azərbaycandan İMTİNA ETDİ!

Recep İvedik sevərlərə bəd xəbərimiz var.
Çünki silsilə xarakterli komediya filmi “Recep İvedik”in qəhrəmanı, türkiyəli aktyor Şahan Gökbakar Azərbaycana qadağa qoyub.
Aktyor nəinki ölkəmizə gəlməkdən, hətta “prokat”a çıxan yeni - “Recep İvedik -5” komediya filminin burada yayımını da yasaqlayıb.
Buna səbəb isə filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub.
Xatırladaq ki, bu ilin əvvəlində filmin treyleri yayımlandıqda, ekran işində Recep İvedikin azərbaycanlı boksçunu döyərək, rinqin bir küncünə atması səhnəsi sosial şəbəkələrdə böyük səs-küyə rəvac verib.
Belə ki, azərbaycanlılar Receb İvedikin boksçunu döyərək rinqin bir küncünə atması səhnəsini tənqid atəşinə tutublar.
Bundan sonra aktyor Şahan Gökbakar “Instagram” bloqunda tənqidlərə cavab verməli olub:
“Biz üzmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv olmaz. “Recep İvedik 5” filminin anonsundakı boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə, filmdəki həmin səhnəni tam paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm”.
Söz-söhbətin səngimədiyini görən türkiyəli aktyor azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən tamamilə çıxarıb:
“Həmin səhnə azərbaycanlı qardaşlarımıza “Salam” göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pis niyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, o səhnəni filmdən çıxarma, azərbaycanlıların belə bir tələbi yoxdur. Amma pis niyyətlilərin oyununu pozmalı idim və bunu da etdim”.

Şərhlər

XƏBƏR LENTİ