yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Bilmək istəyirlər, arxamda duran kimdir" - Şəbnəm Tovuzlu

12-04-2017, 16:35 58 830 dəfə baxılıb
yüklənir...

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) şəxsi həyatından danışıb.

“APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, özəl həyatının mətbuatda işıqlandırılması onu çox üzüb: “Bu, əvvəldən belə olub. Müğənninin hər bir addımı insanlar üçün maraqlı olub. Yəni elə bilirlər ki, müğənni adi insandan fərqlidir. Xeyr, bizim fərqliliyimiz odur ki, müğənniyik. Qaldı ki, şəxsi həyatımın mediada müzakirə olunmasına... Bunu bilərəkdən işıqlandıran 1-2 nəfər oldu. Mən son vaxtlar özüm də məəttəl qaldım. Yəni övlad dünyaya gətirən tək insan mən deyildim. Bir çox müğənnilərimiz ana oldu. Heç onlarda bu qədər müzakirə olmadı. Sadəcə, mən şəxsi həyatımı gizlətdikcə, bunlar açıqlamağa çalışdılar. Həyatımda gizlədiləcək heç bir şey yoxdur. Yoldaşım sizinlə də telefonda danışıb. Lazım gəlsə, çıxıb özü də açıqlama verər. Sadəcə o, sənət adamı deyil, sənətə də bağlılığı yoxdur. Niyə də çıxıb deməlidir? Bu xəbərlər çıxan zaman yoldaşım mənə çox dəstək oldu. Mən həmin ərəfələr çox əsəb keçirdim. Yoldaşımın mənə elə də pis münasibəti olmur. Sadəcə mənə deyir ki, sənətdəsən, bu şeylər olan şeydir. Sənətdəsənsə, bu şeyləri yaşamalısan”.

İfaçı onu da əlavə edib ki, bütün bunları öncədən sifariş edən şəxs olub: “Mənim şəxsi həyatım 1 ildir ki, müzakirə olunur. Amma ondan qabaq mənim simam tanınmırdı, yəni efirlərdə tanınmadan öncə mahnılarım tanınırdı, sevilirdi. Şəbnəm Tovuzlu olaraq “Sevənlər ölməz deyirdin” mahnım tanınırdı. Müğənnilər var ki, müəyyən bir məbləğ xərcləyir, simasını tanıdır, daha sonra mahnı çıxarır. Amma məndə belə olmadı. Mən xoşbəxtçilikdən heç mahnılara da o qədər pul xərcləməmişdim. O zamanlar Rusiyada yaşayırdım. Mahnım isə Azərbaycanda sevilirdi. Bütün bunların mətbuatda yazılmasını istərdim. Amma mənim şəxsi həyatımın müzakirə olunması bir sifariş idi. Çünki mən heç bir zaman istəməmişəm ki, mənim ailəm kənarda müzakirə olunsun. İstəmirəm bu cür gündəmi. İndi deyirlər ki, mən sənətimlə yox, şəxsi həyatımla gündəmə gəlmişəm. Yox, bu, belə deyil. Son 1 ildə mənim əsəblərimlə oynadılar. Sadəcə bilmək istəyirdilər ki, Şəbnəmin bu həyatda arxasında duran kimdir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: şəxsi, müzakirə, mənim, Sadəcə, tanınırdı, zaman, yoxdur, olmadı, deyil, həyatımın, sevilirdi, çıxıb, mətbuatda, danışıb, qədər, Tovuzlu, Şəbnəm, sifariş, simasını, tanıdır
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ