SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Təranə Səmədovanın ölkədən çıxışına qadağa qoyudu

Təranə Səmədovanın ölkədən çıxışına qadağa qoyudu

Tarix:

4-04-2017, 17:20

/ 65 138 dəfə oxundu.
Təranə Səmədovanın ölkədən çıxışına qadağa qoyudu

Prodüser Təranə Səmədovanın ölkədən çıxışına qadağa qoyulub.

Bu haqda prodüser özü bildirib.

“2 günlük Naxçıvana istirahətə getdim. Əslində Azərbaycandan çıxışıma qadağa qoyulub. Ona görə də təyyarəyə minib qurdumu öldürdüm (gülür). Belə deyim də, insanın bəzən tanınmağı müsbət haldır, ona məşhurluğu kömək olur. Müəyyən hallarda isə hansısa bir səlahiyyət sahibləri tanınmış insan ona tabe olmayanda, öz hüquqlarını yaxşı biləndə, necəsə pislik etmək istəyirlər. Amma əslində bilmir ki, o pisliyi mən ona etdim.

Bir banka ödəməli olduğum pulu gecikdirmişəm, işim məhkəmə prosesindədir. O pulu aparıb verəcəyəm. Sadəcə olaraq icraçı mənə qarşı bir az hörmətsizlik etdi. Mən də onunla baş-başa gəldim. Mənə nə edə biləcək ki?! Maksimum Azərbaycandan çıxışıma qadağa qoya bilər. O pulu ödəyəndən sonra da bu qadağa götürüləcək. Canım sağ olsun, pul bizi qazanmır, biz pulu qazanırıq. Bir az əziyyət çəkib, daha çox işləyib, həmin borcu ödəyəcəyəm.

Həyat davam edir. Hamımızın qarşısına iki yol çıxır: yaxşı və pis. Yaxşılığı etmək mümkün olduğu halda, pisliyi edirlər”.

Şərhlər

XƏBƏR LENTİ