SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

Tarix:

8-07-2019, 16:22

/ 1 037 dəfə oxundu.
Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

Qalmaqallı prodüser Təranə Səmədova “ATV maqazin onlarla” proqramının “Onlarla 3 dəqiqə” rubrikasında Xalq artisti Brilliant Dadaşova haqqında gözlənilməz ifadələr işlədib.

Müxbirin ünvanladığı “Hansı məşhurun ulduzu sönüb?” sualına T.Səmədova belə cavab verib:

“Brilliant Dadaşovanın sənətini çox sevirəm. Amma indi düşünürəm ki, o qədər də gündəmdə deyil, parlamır”.


Onun sözlərinə görə, indi elə sənət sahibləri gündəmdə, trenddədir ki, işləmələrinə ehtiyac qalmadığını düşünürlər.

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb. Xalq artisti sualı eşidər-eşitməz tanımadığı insanların onun haqqında fikir bildirməsinə əhəmiyyət vermədiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ