XalqXəbər.Az

ANAR HÜSEYNOVA QEYRİ-RƏSMİ TÜRKİYƏ QADAĞASI… – İDDİA

yüklənir...
ANAR HÜSEYNOVA QEYRİ-RƏSMİ TÜRKİYƏ QADAĞASI… – İDDİA
12-06-2019, 15:55
yüklənir...

Məlum olduğu kimi, bu il may ayının 28-də Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edərək Azərbaycanın Bakı Mühəndislik Universitetini (keçmiş Qafqaz Universiteti), Odlar Yurdu Universitetini və Gəncə Texnologiya Universitetini “tanınmayan” universitetlər siyahısına salmışdır. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb”. Yeni qərara əsasən, bu universitetlərin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcəklər.
O da bəllidir ki, Qafqaz Universitetinin qapadılaraq onun bazasında Bakı Mühəndislik Universitetinin yaradılması da məhz “Qafqaz” Universitetinin Türkiyədə terror hörgütü başçısı kimi tanınan ilahiyyatçı alim Fətullah Gülən şəbəkəsi tərəfindən maliyyələşdirilməsi olmuşdur.

Əlbəttə ki, bu qərar adları çəkilən ali təhsil müəssisələrinin məzunlarının ovqatını təlx etmişdir. Əndişlənənlərdən biri də son günlər medianın mənfi qəhrəmanlarından olan Anar Hüseynovdur. Söhbət Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorundan gedir. Sadiq oxucularımız xatırlayarlar, MMC-nin bölgələrdəki struktur vahidləri olan regional idarələrdə yer alan neqativ hallar, korrupsiya hüquqpozmaları barədə redaksiyamıza daxil olan konkret şikayətlər əsasında hazırlanmış tənqidi məqalələr geniş oxucu marağına səbəb olmuşdu. Paralel olaraq, “Hürriyyet.org” saytında Anar Hüseynovun haqqında irəli sürülən bir başqa iddia Azərbaycanla qardaş Türkiyə arasındakı münasibətlərə ciddi zərbə vuracaq mahiyyətdə olan bir başqa iddianın irəli sürülməsi geniş rezonans doğurdu. Adı çəkilən nəşır iddia edirdi ki, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu qeyd olunurdu. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra “ASAN Xidmət”ə transfer olunur və Xidmətin rəhbəri Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı sayılan indiki vəzifəsinə təyin olunur. “Hürriyyət.org”un bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyirdi.
Diqqətəlayiq bir məqam da Anar Hüseynovun keçmiş “Qafqaz” Universitetinin İlahiyyat fakültəsinin məzunu olmçasıdır. Məsələ burasındadır ki, hörgüt rəhbəri Fətullah Gülən ilahiyyatçı alim kimi tanınır və onun öz şəbəkəsinə adam cəlb etməsinin əsas yolu məhz ilahiyyatçının fəlsəfi baxışlarını təlqin etmək yolundan keçirdi. Belə çıxır ki, Anar Hüseynov və fakültə yoldaşları Gülən təlimini başqa tələbə yoldaşlarından daha çox mənimsəmişdir.
Müşahidə olunub ki, Anar Hüseynov Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinin müzakirə edilməsi məqsədilə qardaş ölkədə keçirilən tədbirlərə qatılmır. Etibarlı mənbədən aldığımız məlumata görə, onun Türkiyəyə gedib-getməməsi özünün, hətta heç işlədiyi Nazirliyin də ixtiyarında deyildir. Yəni, sərhəddən buraxmırlar. Həmin məlumata görə, FETÖ ilə əlaqədə adları hallanan, şübhəli bilinən Azərbaycan vətəndaşlarına Türkiyə vizası verilməməsi üçün qeyri-rəsmi göstəriş də mövcuddur.
Mövzuya qayıdacağıq.

Qarşı tərəfin də, mövqeyini dinləməyəvə dərc etməyə hazırıq.

RealMedia.azскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.