SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Türkiyədə yalnız Güneli tanıyırlar, Röyanı isə Mübarizin sayəsində... - QALMAQAL

Türkiyədə yalnız Güneli tanıyırlar, Röyanı isə Mübarizin sayəsində... - QALMAQAL

Tarix:

11-06-2019, 12:52

/ 1 020 dəfə oxundu.
Türkiyədə yalnız Güneli tanıyırlar, Röyanı isə Mübarizin sayəsində... - QALMAQAL

“Türkiyədə Azərbaycandan yeganə Azəri Günel Zeynalovanı tanıyırlar”. Bu sözləri Lent.az -a açıqlamasında azərbaycanlı prodüser Anar Mədətov deyib.
O bildirib ki, bir müddət öncə birgə çalışdığı müğənni Yaşar Yusubla Türkiyəyə yollanıb və orada bir neçə işlər görüblər: “Yaşar Yusubla Türkiyəyə getmişdik. Ölçüb-biçirdik ki, hansı verilişlərə çıxsın. Amma bizim Türkiyə şou-biznesində tanınmaq fikrimiz qəti yoxdur. Milyonum da olsa, orada məşhur olmaq üçün addım atmaram. Əgər atsam, Rusiya şou-biznesinə qatılaram. Oranın gəliri və auditoriyası böyükdür. Türkiyə şou-biznesinə nə qədər milyonlar töksən, yenə də kənarda qalırsan. Türkiyədə nəsə etməyi Azərbaycandakı tamaşaçıya görə etdik ki, maraqlı olsun".

A.Mədətovun dediyinə görə, Türkiyədə tanınan azərbaycanlı müğənni bir tək Azəri Güneldir. "O, uşaq yaşlarından oradadır, onu sevirlər. Amma deyim ki, ona qarşı böyük ajiotaj var, yalan olar. Röya Ayxanın, Aygün Kazımovanın orada etdikləri sadəcə bir layihə idi. Onlar oranı fəth etmək üçün getməmişdilər. Mübariz Mənsimovun sayəsində Röyanı Türkiyədə tanımağa başladılar. Mübariz bəy və Palmali Şirkətlər Qrupu Röyaya yardımçı oldu, onun vasitəsi ilə verilişlərə çıxdı. Ondan sonra bir çox prodüserlər onun qapısı açıldı. Mübariz bəy Türkiyədə tanınmış bir simadır, onun sözü orada keçir. Mən özüm Türkiyəyə heç 10 min manat da pul qoymazdım. Bir sözlə, orada yalnız Azəri Günel tanınır”.
Qeyd edək ki, bu günə qədər xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər İradə İbrahimova, Yeganə Mürsəlova, Nigar Camal və digər məşhurlarımız Türkiyə şou-biznesinə qatıldıqlarını açıqlayıb və orada bir neçə layihələr ediblər.

Şərhlər

XƏBƏR LENTİ