SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » İlkin Bakı Nəqliyyat Agentliyini tənqid etdi: “Dərəbəylikdir” - Video

İlkin Bakı Nəqliyyat Agentliyini tənqid etdi: “Dərəbəylikdir” - Video

Tarix:

3-06-2019, 16:35

/ 1 161 dəfə oxundu.
İlkin Bakı Nəqliyyat Agentliyini tənqid etdi: “Dərəbəylikdir” - Video

Aparıcı İlkin Həsəni Bakı Nəqliyyat Agentliyinin (BNA) işini tənqid edib.

Həsəni “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətin bərbad olduğunu dilə gətirib:

“Yenə həftəsonu “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma...”

Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.

Şərhlər

XƏBƏR LENTİ