XalqXəbər.Az

Niyamın keçmiş xanımı ilk dəfə: "Evə canyandıran deyildi"

yüklənir...
Niyamın keçmiş xanımı ilk dəfə:
14-05-2019, 13:20
yüklənir...

"Bir dəfə nişanlı oldum. Evin tək qızı idi, dedi ki, öz evin olsun. Arvad evinə də girə bilməzdim. Ona izah etdim ki, hər şey düzələcək. Qadın çətinliyə dözməli idi, belə problem yaratmamalıydı. Evlənməzdən əvvəl bir-iki il bir-birini tanımalısan. Amma 1 ayın içində məcbur olub evləndim. Anam məcbur etdi ki, mən toyunda oynamalıyam. O, oynamalı olduğu üçün mənim də "dır-dır"la ömrüm keçməli idi".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "Ay Zaur" verilişində deyib. Sənətçi ayrıldığı həyat yoldaşından bəhs edib:

"Qohumum idi qız. Hər şey razılıqla olmuşdu. Beş ildir ayrılmışıq. Ondan sonra onu görməmişəm. Övladımız olacaqdı, amma problem yarandı".

Aparıcı Zaur Kamal Niyamın keçmiş həyat yoldaşının onunla bağlı açıqlama verdiyini deyib. Səsin efirə getməsinə müğənni imkan verməyib. Zaur isə "Səninlə bağlı heç də yaxşı sözlər demədi. Deyir, evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" sözlərini söyləyib.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.