SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Xanım müğənnimiz boşandı

Xanım müğənnimiz boşandı

Tarix:

1-05-2019, 10:44

/ 1 454 dəfə oxundu.
Xanım müğənnimiz boşandı

Müğənni Kəmalə Qaramollayeva Türkiyə vətəndaşı olan Teymur adlı şəxslə ailə həyatına son qoyub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi altı il öncə ərə getdiyi şəxsdən boşanıb.

Qeyd edək ki, K.Qaramollayevanın bu evlilikdən bir oğlu dünyaya gəlib. Ayrılıq prosesi təxminən bir ilə yaxın müddətdir baş verib. Müğənninin boşanmasının tam səbəbi bəlli deyil.

Sənətçinin keçmiş həyat yoldaşı və onun ailəsi ilə münasibətləri normaldır. Evlilik ərəfəsində səhnə fəaliyyətinə fasilə verən Kəmalə artıq sənəti ilə bağlı işlər görməyə, yeni addımlar atmağa başlayıb.

Şərhlər

XƏBƏR LENTİ