SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama

“Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama

Tarix:

30-04-2019, 16:35

/ 878 dəfə oxundu.
“Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama

Tanınmış prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və yenidən ailə qurması barədə yayılan xəbərlərə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, şəxsi həyatının gündəmə gətirilməsini istəmir:

“Həyatdır, hər şey ola bilər. Heç kəs insanın şəxsi həyatına qarışa bilməz. Düzdür? Sayt məlumatı yayıb, mən də vəkilə müraciət edəcəm. Ailə məsələsidir. Kiminsə övladını ac qoymuşam, kiminsə arvadına sataşmışam, pislik etmişəm? Bu mənim həyatımdır, özüm bilərəm”.

Prodüserin futbolçu oğlu Mahir isə instaqram səhifəsində soyadını dəyişdirərək “Əmrəli” qoyub. O, hətta hesabında ailəsindəki son vəziyyətlə bağlı aforizm paylaşıb:

“Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməyidir”.

Bundan əlavə, futbolçu atası ilə fotolarını da instaqram səhifəsindən silib.
“Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama
“Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama

Şərhlər

XƏBƏR LENTİ