SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Pərvinin aeroportda sərxoş VİDEOSU YAYILDI

Pərvinin aeroportda sərxoş VİDEOSU YAYILDI

Tarix:

18-04-2019, 13:02

/ 1 459 dəfə oxundu.
Pərvinin aeroportda sərxoş VİDEOSU YAYILDI

Aktrisa Pərvin Abıyevanın yeni videosu yayılıb.

Bu barədə sosial şəbəkə istifadəçilərinin biri status paylaşıb:

“Bu gün Bakı aeroportunda maraqlı halla qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir modelfason qız Istanbuldan Bakıya gəlirdi. Çox məşhur aktrisamız və modelfason qız özlərini çox səviyyəsiz şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar.

İçkinin təsiri altında olan bu aktrisa ilə modeli ətrafda çox adam lentə aldı. Dediyim odur ki, məşhur dediyimiz adamlar çox vaxt səviyyəsiz və düşük insanlar olur.”

İddiaya görə, izləyicinin söylədiyi aktrisa Pərvin Abıyeva və model Səmra Hüseynova olub.

“Show news” instaqram səhifəsi onu da qeyd edib ki, onlarla birgə şairə Nazilə Səfərli də İstanbuldan qayıdıb, lakin o, yoxlanışdan keçərək aeroportdan sakitcə uzaqlaşıb.

Şərhlər

XƏBƏR LENTİ