SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Zülfiyyə Xanbabayevanın evini soydular

Zülfiyyə Xanbabayevanın evini soydular

Tarix:

8-04-2019, 16:19

/ 1 153 dəfə oxundu.
Zülfiyyə Xanbabayevanın evini soydular

Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib.

ONA-ya istinadən xəbər veririk ki, müğənni faktla bağlı polisə müraciət edib.

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

Müğənni, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.

Şərhlər

XƏBƏR LENTİ