SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Ərini yanında hər yerə aparan müğənnilərimiz

Ərini yanında hər yerə aparan müğənnilərimiz

Tarix:

4-04-2019, 15:33

/ 1 248 dəfə oxundu.
Ərini yanında hər yerə aparan müğənnilərimiz

Şou-biznesin bir çox xanım ifaçıları var ki, onlar bütün məclislərə həyat yoldaşları ilə birlikdə gedirlər. Hətta bəziləri yaradıcılıq işlərində də xanımına kömək edir.

Axşam.az şou-biznesin ərlərini yanında gəzdirən müğənnilərinin siyahısını təqdim edir:

Sevda Sanəliyeva bir çox məclisə əri ilə gedir. Hətta Sevda efirlərə gedəndə də ərini yanında aparırı. Cəmil Sanəliyevanın ikinci həyat yoldaşıdır. İfaçının ilk evlilikdən oğlan, ikinci həyat yoldaşından da qız övladı var.

Müğənni Səidə Dadaşova da hər məclisə, efirə və çəkilişə həyat yoldaşı ilə gedən ifaçılardandır. Hətta bir çox sənətlə bağlı işlərdə Səidəyə əri kömək edir. İfaçının bir övladı var. Hazırda isə o, hamilıdir.

Natavan Həbibi də çəkilişlərə, dəvətlərə reper əri Səid Əliyevlə (Dado) qatılır. Natavan verilişlərdə tək qonaq olanda da Dado kamera arxasında onu izləyir.

Bir vaxtlar ölkəmizi "Eurovision" müsabiqəsində təmsil edən Aysel Teymurzadə də hər dəvətə həyat yoldaşı, xalq artisti Murad Adıgözəlovla birlikdə qatılır. Müğənnilik karyerasına son qoyan Aysel üç uşaq anasıdır. O, ailə həyatı qurandan sonra fotokameralara ancaq həyat yoldaşı ilə birlikdə tuş gəlib.
Ərini yanında hər yerə aparan müğənnilərimiz
Ərini yanında hər yerə aparan müğənnilərimiz
Ərini yanında hər yerə aparan müğənnilərimiz
Ərini yanında hər yerə aparan müğənnilərimiz
Ərini yanında hər yerə aparan müğənnilərimiz

Şərhlər

XƏBƏR LENTİ