SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Dilarə küsülü olduğu Röya və Xatirə haqda: "Özünüzə fikir verin"

Dilarə küsülü olduğu Röya və Xatirə haqda: "Özünüzə fikir verin"

Tarix:

11-03-2019, 14:48

/ 2 775 dəfə oxundu.
Dilarə küsülü olduğu Röya və Xatirə haqda: "Özünüzə fikir verin"

Əməkdar artist Dilarə Əliyeva küsülü olduğu əməkdar artist Röya Ayxan və müğənni Xatirə İslam haqda danışıb.

Aktrisa Samir Bayramlının aparıcılığını etdiyi "Söhbətsiz" proqramında müğənnilərlə heç bir incikliyi olmadığını söyləyib:

"Kəskin münasibəti Röya bildirib və düzgün anlamayıb. Hər zaman deyirdim ki, o, şeyləri əvvəl Röya özünə icazə verirdi, artıq vermir. İndi o başqa cür Röya olub. Heç kimlə şəxsi qərəzim yoxdur. Gedib toyda oxuyacam? Əlimdə o boyda veriliş, tamaşalarım var. Kiminsə yolunu kəsim, qalmaqal edib, gündəmə gəlmək fikrim yoxdur. Gördüyünüz işin belə bir şəxs tərəfindən analizini eşidirsinizsə, özünüzə fikir verin. Düşünün ki, nəsə var deyə müzakirə edilir. Güzgünü çevirin fikirləşin ki, nəyi düz etmədim?

İndi Röya ilə də gözəl münasibətim var. Röya nə etsə də, tamaşaçı sevir, mən də onu sevir və qulaq asıram.

Xatirə İslama qarşı da heç bir narazılıq yoxdur. Sadəcə, söhbət düşmüşdü mövqeyimi bildirdim. Demişdim ki, kaş belə olmayaydı".

Qeyd edək ki, Dilarə Röyanın işlərinə irad bildirmiş, qarşı tərəfin cavabı sərt olmuşdu.

Əməkdar artist Məlahət Abbasova ilə Xatirə arasındakı qalmaqala Dilarə də qoşulmuşdu. Aktrisa həmkarına sərt cavab verən Xatirənin ünvanına "Çox aqresivdir" sözlərini söyləyib.

Şərhlər

XƏBƏR LENTİ