SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

“Ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

Tarix:

13-03-2017, 17:34

/ 2 520 dəfə oxundu.
“Ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

Aktyor, aparıcı Azər Axşam “Gəlin danışaq” verilişinin qonağı olub.

O, proqramda maraqlı açıqlamaları ilə yadda qalıb.

Azər rahat yataqda yaxşı yata bilmədiyini qeyd edib:

“Mən narahat olan yerlərdə daha yaxşı yatıram. Yaxşı yataq olanda, narahat oluram. Həmin həyəcan yuxumu qaçırdır".

O, aktyorların teatrdan gedişindən söz açıb:

"Əvvəllər teatrdan aktyor gedəndə deyirdilər ki, heyf aktyoru itirdik. İndi isə deyirlər ki, yaxşı ki, teatrdan getdi. Çünki çox tələb edirdi, çox sual verirdi. Sual verən işçini sevmirlər. Mən özüm çox sual verirdim, çox tələbkar idim. Mənim aktyor kimi kaprizlərim var, anlamaq istəyirəm ki, necə edəcəm. Onun üçün suallar verirdim. Maliyyə azlığından teatrdan ayrıldım. Onunla ailə saxlamaq olmazdı.

Sevilən aktyor ən rahat olduğu yer haqda danışıb:

“Özümü ən rahat hiss elədiyim yer hamamdır. İnsan üçün ən rahat məkan onun evidir. Amma iş baxımından harada ona ehtiyac varsa, dəyər varsa, orada özünü rahat hiss etməyə bilməz. Tamaşaçılar məni şoumen kimi görüblər, sonralar isə teatrda. Mən istəmişəm ki, məni aktyor kimi tanısınlar”.

Şərhlər

XƏBƏR LENTİ