SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "O, motosiklet yox, eşşək minməlidir" - Əli Mirəliyevdən həmkarına

"O, motosiklet yox, eşşək minməlidir" - Əli Mirəliyevdən həmkarına

Tarix:

13-03-2017, 14:28

/ 1 943 dəfə oxundu.
"O, motosiklet yox, eşşək minməlidir" - Əli Mirəliyevdən həmkarına

Müğənni Əli Mirəliyev “5/5” verilişinin qonağı olub.

Məlumata görə, ifaçı yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.

O bildirib ki, ifaçılar efirə oxumağa yox, özlərini göstərməyə çıxır:

“İndikilərə oxumaq lazım deyil, onlara “mırt” vurmaq lazımdır. Efirə qoyun, motosikletlə gəlirlər. Oxumağa gəlmirlər ki... Bu yaxınlarda Elşad Qarayev efirə motosikletlə çıxdı. O at, eşşək minməlidir, Kürdəmirdə böyüyən adamdır. Şəhərdə böyümüşəm, motosikleti mən sürürəm. Bura efirdir, Sabunçu bazarıdır?”.

Ə.Mirəliyev heç vaxt həmkarlarından borc pul istəmədiyini söyləyib:

"Heç vaxt müğənniyə zəng edib pul istəməmişəm. Həmişə hamıya mən pul vermişəm. Atama da, anama da mən baxmışam".

İfaçı 20 ildir tək yaşadığını etiraf edib:

"Gərək cavanlıqdan əlavə ev alasan ki, səni yaşlananda səni qovmasınlar. 20 ildir ailəmdən ayrı yaşayıram. İnsanlar elə bilər ayrılmışam, xeyr. Həyat yoldaşım tez-tez gəlib-gedir. Şəhərdə yaşaya bilmirəm".

Şərhlər

XƏBƏR LENTİ