SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Röyanın xidmətçisi də müğənni oldu

Röyanın xidmətçisi də müğənni oldu

Tarix:

20-02-2019, 12:46

/ 946 dəfə oxundu.
Röyanın xidmətçisi də müğənni oldu

Əməkdar artist Röya Ayxanın Türkiyədə başına maraqlı iş gəlib.

Müğənni bu barədə "İnstagram" hesabının "History" bölməsində məlumat verib.

O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verdiyini bildirib: “Türkiyədəki evim balaca olduğu üçün özüm təmizləyirəm. Amma bu dəfə dedim ki, bir xanım gəlsin, kömək etsin. O, evə gələnədək artıq 3 otağı təmizləmişdim. Özbəkistanlı qadın idi. Məndən soruşdu ki, kimsən. Bu zaman da öz mahnıma qulaq asırdım. dedim müğənniyəm. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz kim istəyir olun, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı. Dedi ki, siz düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam, "O Ses Türkiyə"yə qatılacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Özü də ona 200 TL pul ödədim".

Şərhlər

XƏBƏR LENTİ