SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Canımı ona tapşırdım, komaya düşdüm” - Faiq Ağayev

“Canımı ona tapşırdım, komaya düşdüm” - Faiq Ağayev

Tarix:

15-02-2019, 12:21

/ 1 491 dəfə oxundu.
“Canımı ona tapşırdım, komaya düşdüm” - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev “Əyrixətt” adlı “Youtube” layihəsinin qonağı olub. Məşhur müğənni proqramda maraqlı məqamlar barədə fikir söyləyib. Sənətçi 9 il əvvəl onu bıçaqlayan Rüfət Məlikovun azadlığa çıxmasına münasibət bildirib:

“Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram”.
F. Ağayev həmin dövrü xatırlayaraq anasıyla söhbətindən sonra komaya düşdüyünü bildirib: “Anama görə qorxurdum. Anamla məhəbbətim Leyli və Məcnun kimidir. Düşünürdüm ki, o, mənsiz qala bilməyəcək. Özümü günahkar hesab edirdim ki, niyə anamı bu vəziyyətə saldım. Həyatımda üç dəfə kliniki ölüm keçirmişəm. Ölümə qarşı soyuqqanlıyam, amma həyatı əvvəlkindən daha çox sevirəm. 2010-cu ildə həmin hadisə zamanı məni o vəziyyətdən çıxaran həkimlər əməliyyatdan bir az sonra təkcə anama icazə verdilər ki, palataya gəlsin. Elə bil anamın gəlməyini gözləyirdim. Adam belə vəziyyətdə kiməsə şikayətlənmək istəyirdi. Anam gəldi, canımı ona tapşırdım, komaya düşdüm”.

Xalq artisti keçmiş rektor Abel Məhərrəmovla yaşadığı qalmaqala da aydınlıq gətirib: “İki dəfə yaşadığım ərazi üzrə deputat seçilib və heç vaxt səs verməmişəm. O namizədə görə seçkilərdə iştirak etməmişəm. Bu yaxınlarda Abel müəllimin alkoqol qalmaqalında iştirak etməsi məni hiddətləndirdi. Bir çoxları dedi ki, yıxılanı baltalayır. Daha demədilər ki, bu insanla 10 ildər artıqdır ki, mübarizə aparıram. Mən BDU-dan gələn bütün təklifləri rədd edirdim, tələbələrdən üzr istəyib onlara söyləyirdim ki, A. Məhərrəmov rektor olduğu halda universitetə gəlməyəcəm. Mən onu Azərbaycan təhsilinə yararsız biri hesab edirəm. Alkoqol qalmaqalından sonra onu ləkə adlandırdım. İki dəfə seçkilərdə iştirak etməmişəm, bu mənim səssiz etirazım olub”.
F. Ağayev xalq artisti Flora Kərimovanın onu “gey”, qaşını alan biri kimi qələmə verməsinə münasibət bildirib: “Bu köhnə üsuldur. Aşığın sözü qurtaradan “dalay-dalay” deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur.

Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud “qızını döyməyən dizini döyər “ kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib”.

Şərhlər

XƏBƏR LENTİ