SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Böyrək köçürmədən sonra ana olan ilk qadınam”

“Böyrək köçürmədən sonra ana olan ilk qadınam”

Tarix:

11-03-2017, 10:40

/ 2 018 dəfə oxundu.
“Böyrək köçürmədən sonra ana olan ilk qadınam”

“Bu gün həyatımda çevriliş olan bir gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşam üçün ikinci şans verdi”.

Bu sözləri Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.

ATV-nin aparıcısı bildirib ki, Azərbaycanda böyrək köçürmədən sonra dünyaya övlad gətirən ilk qadındır:

“Deməli, belə məsləhət imiş, Rəbbim dünyanın ən gözəl hədiyyəsi- Diləyi verəcəkmiş. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım.

Bu özəlliyimə görə çox şanslı bəndəyəm. Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək”.

Şərhlər

XƏBƏR LENTİ