SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Sevgi qüruru sevmir…” - Könülün kövrək anları

“Sevgi qüruru sevmir…” - Könülün kövrək anları

Tarix:

28-01-2019, 13:00

/ 1 414 dəfə oxundu.
“Sevgi qüruru sevmir…” - Könülün kövrək anları

Bir müddət əvvəl həyat yoldaşından boşanması xəbəri ilə gündəmə gələn əməkdar artist Könül Kərimova “Şou ATV” proqramına qonaq olub.

Sənətçi verilişdə ayrılma mövzusuna toxunmasa da, sevgi barədə danışarkən kövrək anlar yaşayıb:

“Sevgi qüruru sevmir. Sənə elə gəlir ki, qürurlu olursan, qarşısında əyilmirsən, özünü dik tutursan. Amma gözlərdən hər şey oxunur. Sevgini gizlətmək mümkün deyil. Uzun illər bundan əvvəl mənə sual verdilər ki, niyə sevirsən? Səbəbini deyə bilmədim. Səbəbsiz sevgilər həqiqi sevgilərdir”.

Şərhlər

XƏBƏR LENTİ