SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Azərbaycan “Eurovison”a kimi göndərəcək? - ÜÇ NAMİZƏD

Azərbaycan “Eurovison”a kimi göndərəcək? - ÜÇ NAMİZƏD

Tarix:

25-01-2019, 14:34

/ 1 104 dəfə oxundu.
Azərbaycan “Eurovison”a kimi göndərəcək? - ÜÇ NAMİZƏD

Bir neçə həftə sonra İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və seçim aparır.

Sözügedən şəxslərdən biri “Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək favorit namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları “Eurovision”a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.
İkinci namizəd isə “Səs Azərbaycan” proqramı ilə populyarlaşan, MTV –də yayımlanan “3 canlı” proqramının aparıcısı Tofiq Hacıyevdir.
Üçüncü ifaçı Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.
İTV hələ üç iştirakçı arasında seçim aparır, qapalı keçirilən milli seçim turunun qalibini müəyyənləşdirməkdə çətinlik çəkir.


Şərhlər

XƏBƏR LENTİ