XalqXəbər.Az

Rəqsanənin qızı: Anamdan olsa, hər il uşaq dünyaya gətirər

yüklənir...
Rəqsanənin qızı: Anamdan olsa, hər il uşaq dünyaya gətirər
27-12-2018, 15:58
yüklənir...

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılova olub.

Müğənni ilk olaraq əkiz övladlarının sağlıq durumundan danışıb:

“Allaha min şükür, əkizlər böyüməyə başlayıblar. Qızımız, demək olar ki, tam yaxşıdır, oğlan isə bir az narahatdır. İstər-istəməz oğlanlar bir az zəif olurlar. İnşallah, yəqin ki, yaxşı olacaq. “Instagram”da hərə oturub bir söz yazır.

Ona görə mən qapalı qalmağını istədim. Biz artıq bu sənətin içindəyik. Mənim özümə nə deyirlər, desinlər. Amma övlada toxunmağı xoşlamıram. Yaxşı ki, uşaqlarımı Moskvada dünyaya gətirmişəm”.

İfaçı övladları arasında 10 il fərq olduğunu qeyd edib:

“Aysun 1998-də, Yağmur 2008-də, əkizlər isə 2018-ci ildə doğulub. Uşaqlarımın arasında 10 il fərq var”.

Növbəti uşaq istəyinə isə müğənninin cavabı belə olub:

“Əslində, mən uşaq istəyənəm. Yaxşı ki, sənətə gəlmədən öncə cavanlıq vaxtlarımda Aysunu dünyaya gətirmişəm. Mənim 39 yaşım var. Bəzi müğənnilər kimi yaşımı danan insan deyiləm. 1979 təvəllüdəm.

Bizimkilərin 50 yaşı var, deyirlər ki, 30 yaşı var. Mən sənətə gəlməsəydim, bəlkə də, buradan ora qara-qara gədələr düzərdim. Bundan sonra düşünmürəm. Amma bəlkə də oldu. Yalandan deyim, eləmərəm, yox, edərəm. Mən uşaq sevirəm”.

Müğənninin qızı Aysun da anası ilə bağlı maraqlı açıqlama verib:

“Ondan olsa, hər il bir övlad dünyaya gətirər. Futbol komandası yığardıq”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.