SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Heç Brilliant əkizləri tanımır”

“Heç Brilliant əkizləri tanımır”

Tarix:

21-12-2018, 14:33

/ 1 504 dəfə oxundu.
“Heç Brilliant əkizləri tanımır”

“Bu yaş söhbəti nədir? İnsan gərək qarşısındakı insana baxsın, sonra bilsin ki, ona söz deməyə laiqdirmi? Söhbət əkiz bacılardan gedir. Jurnalist mənə zəng edib, Sevil-Sevinc bacılarının Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşının dəyişdirməsi ilə bağlı fikir səsləndirdiyini və mənim buna münasibətimi öyrəndi. Dedim ki, İlhamə xanım Brillianta sataşırdı, özü də hər həftə. O, İlhamə xanıma cavab vermirdi”.

Bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib. O, verilişə Sevil və Sevinc Səfərovaların bacısı barədə verdiyi açıqlamaya münasibət bildirib:

“Bunlar kimdir ki, Brilliant xanım cavab versin? Onun ayağı bilənini, əkizlərin heç başı bilmir. Siz kimsiz ki, onun adını çəkirsiz? Onun adını çəkən olsa qarşısında məni görsün. Heç Brilliant onları tanımır. Mən bilirəm ki, hansı yollarla onlarla danışacam, özünüzü yığışdırın! Bu nə paxıllıqdır?”

Qeyd edək ki, Sevil- Sevinc Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını demişdilər.

Şərhlər

XƏBƏR LENTİ