SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Ağacla sevişirəm" - Elza Seyidcahan

"Ağacla sevişirəm" - Elza Seyidcahan

Tarix:

7-03-2017, 17:19

/ 2 954 dəfə oxundu.
"Ağacla sevişirəm" - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan "İnstagram” səhifəsində paylaşdığı "Sürüşəndə” adlı şeiri sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirəyə səbəb olub. "Gül çəməndə siz öpüşəndə, bir-birinizə girişəndə…?” misralarını paylaşan insanlar Seyidcahana istehza ediblər.

Sənətçi ona lağ edənlərin acığına daha da cuşa gəldiyini və yeni şeirlər yazdığını deyib: "Onlar mənə istehza edir, amma bu, mənim təbimi daha da coşdurur. "Çala-çala getdi ürək” adlı bir şeir yazdım. O avamlar məni necə başa düşə bilər, onlar heç kitab oxumayıb, Nəsiminin, Füzulinin şəklini görsələr belə tanımazlar. Mən Tanrıyla danışıram, göylərlə əlləşirəm. Fikir vermisinizsə, mən son zamanlar yalnız göylərdən yazıram. Bu bədbəxtlər hər sözümə başqa cür məna verir. Belə götürəndə elə düz deyirlər, "sevişmək”, "girişmək” pis söz deyil. Şərt o deyil ki, kişiylə sevişəsən. Bir ağacla, təbiətlə də sevişə bilərsən, mən özüm də musiqilərimlə, ağacla sevişirəm. Girişmək deyəndə "seks” başa düşürlər. Seks olmasa, həyat da olmaz, yeni nəsil yaranmaz. Həyatın reallıqlarını dilə gətirmək bəyəm ayıb işdir? Mən əslində, girişmək sözünü fəlsəfi anlamda işlətmişəm”. Seyidcahan bir məşhur şairin ona zəng edərək, təsirləndiyini də dilə gətirib: "Adın çəkməyəcəm, məşhur bir şair mənə zəng elədi ki, Elza sənin yazdığın "Sürüşmək” adlı şerin şedevrdir. Mən bilirəm ki, mənə dəyər verirlər”.

yeniçağ

Şərhlər

XƏBƏR LENTİ