SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Həbsdən çıxana kimi ailəsinə baxaram” - Kərim Təranədən yazdı

“Həbsdən çıxana kimi ailəsinə baxaram” - Kərim Təranədən yazdı

Tarix:

31-10-2018, 16:44

/ 1 608 dəfə oxundu.
“Həbsdən çıxana kimi ailəsinə baxaram” - Kərim Təranədən yazdı

“Allah şahidim olsun ki, bu insanın (Təranə Səmədova) həbs olunmasına sevinmədim. Gərək elə bir qəddar və şərəfsiz biri olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə olaraq birinci növbədə anasına ürəyim yandı. Yazıq, onsuz da bir gün görməyib. Allah onu anasına, balasına bağışladı ki, 1 il cəzayla canını qurtardı”.

Bu sözləri müğənni Kərim Abbasov instaqram səhifəsində yazıb. O, keçmiş xanımı, prodüser Təranə Səmədovanın həbs olunmasına münasibət bildirib:

“Mənə çox pisliklər edib, rüsvay edib. Amma yenə də Allah qapısını açsın. Heç olmasa türmədən çıxanda düzgün həyat tərzi sürsün. Nə qədər düşmənim olsa da, reallıq deyilən bir şey var. Onunla evli olmuşam. Anası qabağıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Haqqı var üstümdə… Uşağın atası övladına sahib çıxmadı. Özü türmədən çıxana kimi mən onun ailəsinə baxaram, sahib duraram. İnsanın dar günündə onu baltalamayaq”.

Şərhlər

XƏBƏR LENTİ