SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Muğam ifaçıları Elçini biabır etdi: "Onun başı üçün deyil..."

Muğam ifaçıları Elçini biabır etdi: "Onun başı üçün deyil..."

Tarix:

15-10-2018, 14:37

/ 4 051 dəfə oxundu.
Muğam ifaçıları Elçini biabır etdi: "Onun başı üçün deyil..."

Müğənni Elçin Cəfərovun muğam ifaçıları haqda dediyi “Saçlarına xına qoyurdular, qırmızı görsənirdi. Ola bilər ki, yaşlı görsənsinlər. Müəyyən məclislərə onları dəvət etməsinlər” sözləri xanəndələri qəzəbləndirib.

Muğam ifaçıları "ATV maqazin onlarla" proqramında ifaçının ünvanına sərt sözlər deyiblər:

Əməkdar artist Babək Niftəliyev Elçini tənqid edib:

"O, kimsə deyil ki, kiməsə irad bildirsin. O, nə "xalq artisti", nə də "əməkdar artist" deyil. Heç kim xanəndələrə qarşı nəsə deyə bilməz. Həddi yoxdur nəsə desin. O saçını xınalaya da bilər, boyaya da. Mən bunu təhqir formasında qəbul edirəm. Amma estrada ifaçılaraına baxanda görürsən ki, saçlarında cürbəcür işlər görür. Qızardır, saraldır, yaşıllaşdırır. Muğam ifaçıları heç görmüsüz ki, bir dəfə kimsə barədə nəsə söz desin?".
Əməkdar artist Cabir Abdullayev ifaçıya məsləhət verib:

"Ona məsləhət görmürəm ki, belə söhbətlər eləsin. Ən azından bir böyük kimi. Biz gərək böyükləri hörmətli tutaq. Gərək onlara hörmət edək".

Müğənni Zakir Əliyev Elçinin sözlərini hörmətsizlik adlandırıb:

"Elçindən heç gözləməzdim. Əvvəla muğam ifaçıları haqda söz demək üçün gərək heç olmasa az-çox sənətin olsun. Əgər oxuya bilirsənsə, gəl bir muğam ifaçısını çağır. Onunla yanaşı gəl görək nə oxuyursan. O möhtəşəm sənətin qarşısında bu cür cılız hərəkət etmək özünü gözdən salmaqdır. Ona heç yaraşdırmadım".

Əməkdar artist Ehtiram Hüseynov isə "Elə sənətkarlar var ki, onlar toxunulmazdır. Onlar haqda heç kim heç nə deyə bilməz. Sənətləri o dərəcədə deyil ki, onlar haqda nəsə söz desin" cavabını verib.

Müğənni İlkin Əhmədov "Gənc sənətçilərin başı üçün deyil ki, onlar haqda nəsə nöqsan tutsun" deyərək, Elçinə sərt sözlər ünvanlayıb.

Şərhlər

XƏBƏR LENTİ