SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Xoşqədəm Zaur və Tünzaləyə söz atdı

Xoşqədəm Zaur və Tünzaləyə söz atdı

Tarix:

28-09-2018, 13:21

/ 1 437 dəfə oxundu.
Xoşqədəm Zaur və Tünzaləyə söz atdı

Əməkdar artist Tünzalə Əliyevanın "Bizimləsən" verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub

Xərçəngdən əziyyət çəkən aktrisanın evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığı bildirilib. İnsanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.

Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında aktrisaya söz atıb. O, əməkdar artist Baloğlan Əşrəfovun xəstəliyini xatırlayaraq bunları deyib:

"Baloğlan Əşrəfov əməliyyata gedəndə bilindi ki, o, xəstədir. Biz onun bir yalvarışını, göz yaşını görmədik. Dedi ki, əgər mən komaya düşməsəydim, köməyi də qəbul etməzdim.

Bura gələnlər xəstəlikdən əziyyət çəkir. Onların bizdən başqa üz tutacağı adamlar yoxdur. Hələ bir adam gəlib deməyib mənə ev verin. Əsas can sağlığıdır. Deyirlər ki, canım sağ olsun, başqa heç nə istəmirəm. Ona görə də hər zaman bu cür insanlara kömək lazımdır. Xoşqədəmə nəsə olsa, tanınan insandır ona biri kömək edəcək. Ona görə də, ehtiyacı olanların xəstəliyini işıqlandırmaq lazımdır".

Şərhlər

XƏBƏR LENTİ