SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Akim Bədəlovu bitirən dosye gündəmdə: agentliyin “kitabı bağlanır”…

Akim Bədəlovu bitirən dosye gündəmdə: agentliyin “kitabı bağlanır”…

Tarix:

27-09-2018, 10:21

/ 1 782 dəfə oxundu.
Akim Bədəlovu bitirən dosye gündəmdə: agentliyin “kitabı bağlanır”…

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səlahiyyətlərinin genişləndirilməsinin gözlənildiyi ərəfədə, yol verdiyi maliyyə mənimsəmələrinə dair iri dosyenin ölkə rəhbərliyinin masasına qoyulduğu xəbəri yayılıb.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən dövlət rəhbərliyinin daha böyük gözləntiləri olduğu üçün quruma etimad göstərilməsi qərar alınmışdı.

Bu da “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin Mingəçevir fəlakətinin baiskarı olması və məlum hadisələrdən sonra alternativ enerjiyə (külək və günəş) üstünlük verilməsi ilə bağlı idi.

Hökumətdə belə məsləhətləşmələr aparılmışdı ki, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi səlahiyyətləri genişləndirilsin, qarşısında öhdəliklər artırılsın və enerji tələbatının ödənilməsində bu qurum tərəfindən nəhəng layihələr həyata keçirilsin.

Elə bu təqdimatın dövlət rəhbərinə çatdırılması, prezidentin bu qurumun struktur imkanlarının böyüdülməsi üçün yeni sərəncam imzalamasına nail olunması mərhələsində, qarşısına tamamilə əks bir sənəd qoyulduğu iddia edilir.

Belə xəbərlər var ki, agentlik dünənə qədər qarşısında duran hədəflərə çatmayıb, layihələr icra olunmayıb, külli miqdarda mənimsəmələrə yol verilib.

İddialara görə, agentlik sədri Akim Bədəlovun karyerası üçün mühüm olan bu etap çox ağrılı keçir.Çünki onun fəaliyyətindəki ciddi maxinasiyalar üzə çıxarılıb.

Dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilib.Qurumun rəsmi saytında icra edilmiş layihələrin adları açıqlanıb. http://area.gov.az/page/8

Fəqət bu proyektlər muradına çatmayıb.Çünki A.Bədəlovun rəhbəri olduğu agentlik ictimaiyyətin diqqətindən kənarda qalmağı bacarıb və mənimsəmələrə yol verilib.

İnsafən, uzun müddət bu qurum barəsində nə jurnalist araşdırmaları olub, nə fəaliyyətindən xəbər tutulub.A.Bədəlov da büdcə vəsaitlərini xəlvətcə xımır–xımır yeyib.

Yalnız onun adı MTN işinin açılmasından sonra gündəmə gəlib.Medianın diqqət mərkəzinə məhz sabiq nazir Eldar Mahmudovla olan əlaqələri ilə düşüb.

Ardınca keçmiş dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın prezidentə müraciətinin ictimailəşməsi agentliyi gündəmdə saxlayıb.

Saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib. «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir.

MTN hadisələri və T.İsmayılovun qızının prezidentə müraciəti olmasaydı, yenə də A.Bədəlovun qaranlıq əməlləri işıq üzü görməyəcəkdi.

Ona görə də həm bu faktların tirajlanması, həm MTN şefinə yaxınlığı, həm də layihələrin icrasındakı maxinasiyalar agentlik rəhbərinin işini cəncələ salıb, səlahiyyətlərinin genişləndirilməsi perspektivi havada qalıb.

Misal üçün rəsmi saytda Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi xəbəri göstərilir.

Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır.Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub.Bu da təsdiqini tapmır.

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib.

Və sual doğurur ki, alternativ enerji mənbələri təchiz edən agentlik nə üçün idman zalı tikintisi aparmalıdır? Eyni zamanda Bakı-Ələt yolunda, Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır.

Araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib.

Məsələn, pilot layihələrdən olan sosial binalarda (təhsil və səhiyyə müəssisələrində, ASAN xidmət mərkəzlərində və s.) günəş panellərinin (PV modulların) quraşdırılması nəzərdə tutulub.Amma proyektlərin yerinə yetirilməsi yenə də dövlət rəhbərliyindən gizlədilməyə cəhd olunub.

MTN bağlılığına gəlincə, Bədəlovun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir.

Ölkənin siyasi rəhbərliyinə məruzə olunub ki, Akim Bədəlov, agentliyin nəzdindəki “Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyev və qardaşı olan MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyev Mahmudovla işbirliyinə gediblər.

Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır.

MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində xəbərlər var.

R.Vəliyev dayısı A.Bədəlovla MTN-də yüksək himayədarları sahəsində uzun illər Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçiriblər.Mediada yayılan xəbərlərdə bildirilir ki, Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir.

Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb.

Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə “dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi.

Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən “dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır.Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı.

Bir müddətdən sonra isə artıq ATM-də “dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ