SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rəqsanə ilə jurnalist arasında qalmaqal: "Pulumu vermir, haramı olsun"

Rəqsanə ilə jurnalist arasında qalmaqal: "Pulumu vermir, haramı olsun"

Tarix:

21-09-2018, 14:59

/ 1 750 dəfə oxundu.
Rəqsanə ilə jurnalist arasında qalmaqal: "Pulumu vermir, haramı olsun"

Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova ilə işbirliyinə qalmaqallı şəkildə son qoyub

Buna səbəb sənətçinin jurnalistin pulunu verməməsi olub. Ülviyyə saytımıza açıqlamasında bildirb ki, Rəqsanə ilə çalışdıqdan sonra onun bir çox sirrini öyrəndiyini deyib:

"Bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəsi olan hər kəsə müraciət edirəm: pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova ilə heç bir iş görməsinlər. Bu insan, beş aydır ki, min vəd versə də, görülən işin qonorarını ödəmir.

Əslində bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova - red.) oldu. Ölkədə daha heç kim onunla işləmirdi. Çünki bütün media ilə məhz pul məsələlərinə görə problem yaşamışdı. Fira o pulu şəxsən özünün ödəyəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi geri çəkildi. Dedi ki, Rəqsanə ona da atıb.

Şərhlər

XƏBƏR LENTİ