SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Demet Akalın boşanır

Demet Akalın boşanır

Tarix:

11-09-2018, 11:19

/ 1 336 dəfə oxundu.
Demet Akalın boşanır

Türkiyənin pop ulduzu Demet Akalın və iş adamı əri Okan Kurtun boşanacağı iddia edilib. Ayrılma qərarına müğənninin özü verib.

O, altı illik evliliyini bitirmək qərarına gəlib. Akalın bu gün boşanmaq barədə rəsmi olaraq məhkəməyə müraciət edəcəyi qeyd olunub.

Xatırladaq ki, Akalının gəlin getdiyi Kurt ailəsi və əri Okan Kurt iflas edib.

Onun sahib olduğu “Martaş Lojistik” banklara 100 milyon dollar borcludur. Ötən gün ailənin qaldığı villa müsadirə olunub, bütün əşyaları götürülüb.

Qeyd edək ki, cütlüyün Hira adlı bir qız övladı var.

Şərhlər

XƏBƏR LENTİ