yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Toylar kralı" kriminal avtoritetə necə "çevrildi": "Hamı məni ağsaqqal hesab edir"

4-09-2018, 10:33 508 dəfə baxılıb

Son zamanlar "Toylar kralı" titulunun sahibi olan azərbaycanlı ifaçı Manaf Ağayevin öz həmkarları və digər tanınmış şəxslərlə bağlı xoş niyyətlə atdığı addımlar sosial şəbəkələrdə ona "qanuni oğru" ayamasının qoşulmasına gətirib çıxarıb.
Məsələ ondadır ki, həmkarlarından kiminsə hər hansı problemi meydana çıxsa, Manaf Ağayev dərhal ona yardım etməyə çalışır və özü də bunu xəlvət eləmir, əksinə, aləmə car çəkir. Misal üçün, sosial şəbəkələrin yazdığına görə, bu günlərdə Manaf Ağayev müğənni Mətanət Əsədovanı incidən şəxsi onun qarşısında diz çökərək üzr istəməyə vadar edib.
Sputnik Azərbaycan-a müsahibəsində Manaf Ağayev etiraf edib ki, ictimaiyyətin bu cür reaksiyasını qətiyyən gözləmirdi. Çünki sözügedən addımını səmimi olaraq xoş niyyətlə atmışdı. Müğənninin dediyinə görə, o, mədəni və səviyyəli ailədən çıxıb.
"Mənim çıxdığım ailədə heç kəsin kriminal dünya ilə bir əlaqəsi olmayıb. Bizim ailəmizdə, demək olar ki, hamının iki ixtisası var" — deyən müğənninin özü isə universitet bitirib və yaradıcılıqla məşğul olmaq qərarına gəlib.
"Məni tanıyanlar bilirlər ki, təbiətcə çox sakitəm, qalmaqallı adam deyiləm. Heç kəs heç vaxt mənim kiminləsə kobud rəftar etdiyimi, kimisə döyüb-söydüyümü görməyib. Əgər mənim kiməsə deyiləsi sözüm olsa, sadəcə zəng edərək onunla görüşürəm və biz hər şeyi mədəni şəkildə yoluna qoyuruq" — Ağayev deyib.
İfaçı bütün günahı özünün sözü birbaşa, adamın düz üzünə demək şakərində görür. O, həmişə ədalətin tərəfində dayandığını, lakin bunun özünün əleyhinə çevrildiyini və axırda da özünün günahkar çıxarıldığını bildirib. Müğənninin sözlərinə görə, o, həmişə öz dostlarına, həmkarlarına dəstək verməyə hazırdır, çünki heç kəsin çıxılmaz vəziyyətdə qalmasını istəmir.
"Hamı məni hörmətli adam, ağsaqqal hesab eləyir. Mənim heç vaxt qanunlarla problemim olmayıb. Çünki mən öz respublikamın qanunlarına riayət edən vətəndaşam. Hətta bizim bütün nəslimizdə heç kəs həbsdə olmayıb" — deyə Ağayev ona "kriminal avtoritet", "qanuni oğru", "qoçu" kimi ayamalar qoşanların nəzərinə çatdırıb.
Müğənni onu da qeyd edib ki, "qanuni oğru"larla da heç bir əlaqəsi yoxdur. Onun haqqında elə söz yayan adamlara sadəcə ayıbdır.
Ağayevin fikrincə, əgər adama hörmət edirlərsə, bu, o demək deyil ki, o, həbsxanada oturub və onu "qanuni oğru" adlandırmaq olar. Müğənni bundan sonra belə adlandırılmasını istəmir və hər kəsi də bu barədə xəbərdar edir.
Manaf Ağayev Azərbaycanın ən çox arzu edilən toy müğənnilərindəndir. O, "Toylar kralı" müsabiqəsində qalib gəldikdən sonra şöhrətinə şöhrət qatıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ