yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bufetçi, fəhlə, satıcı, müəllim – Toylardan yüzminlər qazanan məşhurların keçmişi

Bufetçi, fəhlə, satıcı, müəllim – Toylardan yüzminlər qazanan məşhurların keçmişi
3-09-2018, 18:47 337 dəfə baxılıb

Hər bir insanın həyatında müxtəlif mərhələlər olur. Elə insanlar var ki, ona məşhurluq qazandıran sahəyə gələnə qədər digər sahələrdə özünü sınayır. Bəzən ehtiyacdan, bəzən də digər səbəblərdən həyatın müxtəlif sınaqlarından keçirlər.

AZXEBER.COM bu yazıda vaxtilə digər sahələrdə çalışmış məşhurlardan, daha doğrusu şou-biznesin məşhur simalarından bəhs edəcək.

Xalq artisti Ağadadaş Ağayev böyük səhnəyə ötən əsrin 81-ci ilində qədəm qoyub. Buna qədər doğulub boya-başa çatdığı Cəlilabad rayonunda müəllim işləyən müğənninin hazırda 62 yaşı var.

Əməkdar artist Baloğlan Əşrəfov da cavanlıqda müəllim olub. Masallı rayonunun Bədəlan kəndində pedqoji fəaliyyət göstərən müğənni böyük səhnəyə 1989-cu ildə gəlib və hazırda 67 yaşı var.

Əməkdar artist Ədalət Şükürov vaxtilə rejissorluq, rəssamlıq, dizaynerlik və biznes fəaliyyəti ilə məşğul olub. Uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan müğənninin hazırda 52 yaşı var.

Cəmiyyətdə "Samiraldo” ləqəbi ilə tanınan Samir Əliyevin həyatı böyük məşəqqətlərlə dolu olub. Məşhur stilist bu sənətə gələnə qədər uzun illər fəhləçilik edib. Çörək zavodunda və tikinti müəssisələrində çalışıb.

Tanınmış müğənni Elçin Cəfərov müğənniliyə qədər ticarətlə məşğul olub. "Binə” Ticarət Mərkəzində hazırda diş həkimi olan qardaşı İlkinlə birgə geyim məhsullarının satışını həyata keçirib.

Xalq artisti Briliant Dadaşova hələ gənclik yaşlarından musiqiylə məşğul olsa da, ilk fəaliyyəti müğənniliklə bağlı olmayıb. Tanınmış estrada müğənnisi musiqi alətlərində ifa edib və toylara gedib.

Tanınmış müğənni Sevda Yəhyayeva səhnəyə gələnə qədər piroq satıb. O bununla bağlı yayılan iddiaları heç zaman təkzib etməyib. Burada satışın sirlərini öyrənən müğənni "Yeni Ulduz” yarışmasında populyarlıq qazanıb.

Tanınmış müğənni Mətanət İsgəndərova uşaqlıqda həkim olmaq istəsə də, bu istəyinə nail olmayıb. Paytaxtdakı xəstəxanaların birində bufetçi işləyən Mətanət sonradan yolunu müğənnilikdən salıb.

Tanınmış müğənni Xatirə İslamova populyarlıq qazanana qədər tibb bacısı işləyib. 5 il bu sahədə fəaliyyət göstərən gələcək müğənninin də "ağ xalatlı” olmaq arzusu olub. Bu arzusunu gerçəkləşdirməsə də, səhnədə məşhurlaşmağı bacarıb.

56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal ixtisasca iqtisadçıdır və bir müddət bu sahəylə məşğul olub. 8 il keçmiş həyat yoldaşı ilə birgə Londonda yaşayan Nigar artıq 8 ildir peşəkar səhnədədir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ