yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Eks-nazir müğənni Damlaya hansı məsləhətləri verib?

Eks-nazir müğənni Damlaya hansı məsləhətləri verib?
31-08-2018, 15:33 428 dəfə baxılıb

"Təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm. Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin”.

Bu sözləri eks-maliyyə naziri Əvəz Ələkbərov modern.az-a müsahibəsində deyib. O, müğənni Damlanın ifalarına qulaq asdığını və böyük gələcəyini gördüyünü bildirib.

Saytın əməkdaşı səsləndirilən fikirlərlə bağlı müğənninin düşüncələrini öyrənməyə çalışıb. Onunla əlaqə saxlamaq mümkün olmasa da, müğənninin meneceri Şəhriyar Abışov açıqlama verib. O, eks-maliyyə nazirinə təşəkkür edib:

"Biz hörmətli professorumuza minnətdarıq. Damla xanımın Əvəz müəllimə böyük hörməti var. Hətta eks-maliyyə nazirimiz bir neçə dəfə bizimlə də danışıb. O cümlədən Damla xanıma öz məsləhətlərini verib. Damla xanımın sənətini, yaradıcılığını qiymətləndirdiyi üçün ona təşəkkür edirik”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ