yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Səidə Sultan: Səhnədə “lülə” mahnıları oxuyan “manıs”lar və “civi”lər dəbdir

Səidə Sultan: Səhnədə “lülə” mahnıları oxuyan “manıs”lar və “civi”lər dəbdir
20-08-2018, 10:58 327 dəfə baxılıb

Müğənni Səidə Sultan sosial media hesabındakı sərt sözləri ilə diqqət çəkib.

O, video paylaşaraq insanların və həmkarlarının zövqsüzləşdiyini qeyd edib.

“Heç vaxt demirdim, artıq deyirəm. Biz “qıjılaşmışıq”. Kimin xətrinə dəyir, öz payına götürürsə, özü bilər. Çox heyf ki, musiqimiz də, davranışımız da, şəhərimiz də, o “qıjı”lara görə bərbad günə qalıb. Gəlin, bir günü “Qıjılar bayramı” elan edək”, - deyə Səidə bildirib.

O, daha sonra “Instagram Live”da şou-biznesin artıq toyxanaya çevrildiyini deyib:

“Adamlar zövqsüzləşib. “Bambılı” musiqilərə qulaq asırlar. Kiməsə söz atmıram, faktı deyirəm. Düşük mahnılar dinləyirlər – “lələ”, “lülə”, “ay”, “oy”. Ayıbdır. Adama gülərlər. Onları da qınamıram, “bambılı” musiqiçilər o qədərdir ki... – “manıslar”, “civilər”.

Onlar dəbə düşdü. Ömür boyu onlar getdiyimiz toylarda “sex müğənniləri” olublar. “Instagram” sayəsində birinci olublar. Səhnə indi toyxanadır, şou yoxdur”.

Qeyd edək ki, müğənninin bu addımı müğənni Mətanət Əsədovadan sonra atması söz-söhbətə səbəb olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ