yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Elza zövqsüzlük ikonasının kraliçasıdır" - VİDEO

17-01-2017, 19:34 744 dəfə baxılıb

“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı stilist Anar Ağakişiyev olub.

Stilist 2016-cı ildə sənətçilərin stilindən danışıb.

Müğənni Günay İbrahimlini tərifləyən A.Ağakişiyev əməkdar artist Elza Seyidcahanın stilindən danışıb:

“Mənim zənnimcə, 2016-cı ilin sonlarında partlayışı Günay İbrahimli etdi. Həmişə zövqlü görünürdü. Günay o qədər iri addımlarla partlayış etdi ki, böyük səs-küyə səbəb oldu. Mənim üçün 2016-cı ilin ən zövqlüsü Günay İbrahimli və Röya Ayxandır. Amma digərlərinin də haqqını tapdalamaq olmaz. O sırada Tünzalə Ağayeva və Nərgiz Cəlilova da var. Çoxları məndən inciyəcək. Ancaq nə etmək olar? Acı həqiqət budur. Aygün xanım, qəşəng görünür, özünə görə tərzi var. Ancaq dəb baxımından partlayış yoxdu.

Bəziləri başqalarını “kopyalayırlar”, yaşıl saç düzümləri edirlər. Zövqsüzləri artıq tamaşaçılar əzbər bilir. Adlarını çəksəm, reklam etmiş olacam. Elza artıq bir ildir ki, zövqsüzlük ikonasının kraliçası olub. Başında “priçoska”, üstündə də kürk".

A.Ağakişiyev heç kimdən çəkinmədiyini, hamını tənqid etməyə hazır olduğunu deyib:

“Aralarında bəziləri var ki, qardaşları stilistdir, ancaq artıq adam bilmir nə etsin. Nə qədər eyni saç düzümü yığarlar? Bilirəm ki, bunun sonu necə olacaq. Kimsə durub nəsə cavab qaytarsa, həmin dəqiqə məhkəməyə gedəcəm. Mən ona cavab qaytarmayacam. Məhkəməyə də Avstraliyadan şirkətimdən baxılacaq. Necə ki, bu yaxınlarda bir məhkəməni qazanmışam, o biri məhkəməni də həmçinin. Çünki haqq-ədalət var”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ