SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Nadir Qafarzadə öləcəyi tarixi açıqladı

Nadir Qafarzadə öləcəyi tarixi açıqladı

Tarix:

23-07-2018, 16:53

/ 1 850 dəfə oxundu.
Nadir Qafarzadə öləcəyi tarixi açıqladı

Müğənni Nadir Qafarzadə “Xəzər maqazin” proqramına maraqlı açıqlamalar verib.

Müğənni uşaq vaxtı evlərinə gələn falçının ona təsir etdiyini deyib:

“Artıq ömrümü sayıram. Kompleksim yaranıb. Uşaq vaxtı səkkiz yaşım olardı. Qapımıza bir qara çöhrəli, qara paltarlı qadın gəlmişdi. Xanımı içəri buraxdıq. Anam dedi ki, istəyirəm oğlum üçün fal baxdırım.

Falçı dedi ki, bu çox istedadlı uşaqdır. Gələcəkdə çox şöhrətli, hörmətli adam olacaq. Siz onunla fəxr edəcəksiniz. Düzdür, anam o günləri görmədi. Demişdi ki, 70 il ömür sürəcək. Beynimdə artıq o söz qalıb ki, 70 yaşda dünyamı dəyişəcəm. Çünki anam da, atam da 70 yaşda dünyasını dəyişib.

Hərdən gecə soyuq tər gəlir, ayılıram deyirəm ki, 47 yaşım var, 23 il ömrüm qalıb. Açıq etiraf edirəm ki, ölümdən qorxuram. Özümü adaptasiya edirəm ki, uşaqları yerbəyer edim. Ev, iş sahibi olsunlar ki, məndən sonra əziyyət çəkməsinlər. Uşaqların nə qədər imkanı olsa da, həmişə qoca ata, anaya ehtiyacları var.

Bir dəfə oğlanlarım burada deyildi, yoldaşım da məndən bir balaca küsüb atasıgilə getmişdi. Uşaqlar da orada idi. Mən də “Ögey ana” filminə baxırdım. Film təsir etdi. Gecə durub övladlarımı görməyə getdim. Fikirləşdim ki, ata və ana övladın yanında olmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ