SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Min dəfə ona demişəm ki, böyük söz danışma"

"Min dəfə ona demişəm ki, böyük söz danışma"

Tarix:

17-01-2017, 17:00

/ 2 190 dəfə oxundu.
"Min dəfə ona demişəm ki, böyük söz danışma"

Xalq artisti Aygün Kazımova 2017-ci ildəki planlarından danışıb.

Açıqlama verən müğənni maraqlı layihələr hazırladığını deyib:

“Bu ilin planları ötən ildən hazırdır. İlk növbədə səhnə fəaliyyətimin 30 illiyini qeyd edəcəm. Deyilənə görə, xoruz ili dolça bürcünə hamıdan çox düşərli olacaq. Buna da çox inanıram”.

Yanvarın 26-da ad günü olacaq A.Kazımova bu il də ənənəsinə sadiq qalacaq. O bildirib ki, maraqlı bir parti planlaşdırır:

“Ənənəmi pozmayacam. Ad günümü təmtəraqlı keçirməyi düşünürəm. Sənət dostlarım, media nümayəndələri - hamı orda olacaq. Maraqlı keçməsi üçün proqram da hazırlayıram”.

Hər zaman ad günündə imicini dəyişən müğənni yeni obrazda görünəcəyini söyləyib:

“Bizim özümümüzün möhtəşəm stilistlərimiz var: Ruxa, Telman, Fuad, Zahid, Anar, Elnur Həsənov, Nigar İbrahimova, Qusik. Bu ad günümdə də böyük, ölkəmin birnömrəli stilistlərinə müraciət etmişəm. Fuad, Ruxa, Zahid və Telmanla çalışacam. Onlarla işləmək rahatdır, öz ideyaları var, oğurluq etmirlər. Stilistin öz ideyası, zövqü olmalıdır. Bunlar da elələrindəndir. Bir dünya ulduzunun şəklini götürüb, eynisini tikdirib geyinmək, kiminsə əməyini oğurlamaq nə qədər doğrudur?".

A.Kazımova “Anar Ağakişiyev sizin haqqınızda gözəl göründüyünüzü, öz tərziniz olduğunu, amma geyimlərinizdə son vaxtlar partlayış etmədiyinizi deyib. Bu fikirlə razısınız” sualına belə cavab verib:

“Anar Ağakişiyev də yaxşı stilistdir, amma çox danışır. Həmişə də dilinin üstündə böyük problemlərlə üzləşir. Anar makiyajdan çox qrim edir. Hamı başını salıb aşağı işini görür, Anar ona-buna söz atır. Min dəfə ona demişəm ki, böyük loxma ye, amma böyük söz danışma. Xeyri yoxdur”.

A.Kazımova uzun illərdir Heydər Əliyev Sarayında konsert verməməyinin səbəbini açıqlayıb. İfaçı bu il solo konsert verəcəyini deyib:

“Burada uzun müddətdir konsert verməməyimin səbəbi texniki problemlər idi. Onların da həlli yolunu tapdıq. İnşallah, 30 illik yubiley konsertimi tamaşaçılar Heydər Əliyev Sarayında seyr edəcəklər. Elə bir şou olacaq ki, hələ beləsi sarayın səhnəsində olmayıb. Konsertimin əsas yaradıcı heyəti əcnəbilər olacaq. Çox istedadlı, məşhur adlarla işləyəcəm”.

Müğənni şəxsi həyatından da danışıb. “Bir müddət əvvəl sevgiliniz olmadığını dediniz. Bir çoxları buna inanmadı. Bəlkə, Aygün Kazımova sevgilisini gizlədir” sualına belə cavab verib:

“Mənim sevənlərimdən gizlin heç nəyim yoxdur. Doğrudan da şəxsi həyatımda durğunluqdur. Qoyun bu arada konsertlərimi verim, yubileyimi keçirim. Sonra sevgi haqda düşünəcəm. Şəxsi həyat qaçmır ki, gözləyər”.

Şərhlər

XƏBƏR LENTİ