SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rektor asan rüşvət xidməti açıb: ATU-dakı trio haqda müdhiş ittihamlar

Rektor asan rüşvət xidməti açıb: ATU-dakı trio haqda müdhiş ittihamlar

Tarix:

1-06-2018, 17:25

/ 1 572 dəfə oxundu.
Rektor asan rüşvət xidməti açıb: ATU-dakı trio haqda müdhiş ittihamlar

KİV yazır ki, Azərbaycan Tibb Universiteti acınacaqlı duruma düşüb

Mediaya istinadla xəbər veririk ki, universitetin rektoru Gəray Gəraybəyli rüşvəti açıq elan edib.

Rektor kifayət qədər ciddi alim olsa da, universitetdə nizam-intizam yaratmağa çalışsa da, müəyyən qruplaşmalar əksini etməkdədirlər.

ATU rəhbərliyində olanlardan bəziləri sözün həqiqi mənasında bazar açıblar və gündəlik minlərlə manat dövriyyədə işlər görür. Bu haqda azerinfo.az yazıb ki, bioloji kimya kafedrasında vəziyyət daha biabırçıdır.

Kafedra müdiri Arif Əfəndiyev, rektorun texniki məsələlər üzrə köməkçisi Rəna Süleymanova və Həmid adlı müəllim əməlli bazar açıblar.

İddialara görə, hər tələbədən 10 manat yığılır. Yerli tələbələrdən Rəna xanım, xaricilərdən Həmid müəllim.

Məhz belə pedaqoqların, rüşvətxorların ucbatından Azərbaycanın adı ən bədnam siyahılarda, korrupsiya indeksinin yüksək olduğu ölkə kimi hallanır.

Həftənin istənilən günü bioloji kimya kafedrasının qarşısında izdiham olur. Çünki kəsiri olan tələbələr növbəyə durublar. Açıq-aşkar pul yığılır.

A.Əfəndiyev rektorla həmyerli olmasından (şamaxılı) sui-istifadə edir. R.Süleymanova isə qeyri-rəsmi deyir ki, burda heç bir sirr yoxdur, hər şeydən rektorun xəbəri var.

Media üzərindən araşdırma zamanı məlum olub ki, Azərbaycan Tibb Universitetinin yeni rektorunun fəaliyyəti təhsil ocağının müəllim və professor heyətinin narazılığı qarşılanıb.

Bu haqda azmedia.info saytı yazmışdı ki, ATU-nun professor və müəllim heyətini yeni rektordan narazı salan əsas məsələlərdən biri yeni rektorun kadr islahatları bəhanəsilə öz qohum-əqrəbalarına, yerlilərinə vəzifə paylaması olub.

Yeni rektor yeznəsi Əlizadə Elçin Telman oğluna və yaxın dostu Mehrabov İlqar Abdulla oğluna “ən yağlı yerdən” vəzifə verib.

Bildirilir ki, bu şəxslərdən birincisi təsərrüfat işləri üzrə mühəndis vəzifəsinə, digəri isə, baş mühasibi postuna təyin olunublar.

Çoxlarına təsərrüfat işləri üzrə mühəndis vəzifəsi kiçik görünsə də, əslində bu təyinatın altında böyük pullar “yatır”.

Uzun illər maliyyə sahəsində çalışan, DSMF strukturlarında, “Texnika Bank”ın müştəri xidmətləri şöbəsinin müdiri vəzifəsində, nəhayət “Azər-Sənaye Tikinti Dəmir Beton” şirkətində mühasib işləyən Elçin Əlizadə, yeni vəzifəsində işinin “ağırlığını” nəzərə alaraq özünə yaxın olan daha 2 nəfəri də yanında yerləşdirməyə macal tapıb.

Məqsəd gün kimi aydındır. Əl-ələ verərək ciddi maliyyə piramidası qurmaq və büdcədən ayrılan vəsaitləri öz ciblərinə yönəltmək.

Yeni rektora yaxınlığı ilə seçilən Mehrabov İlqar Abdulla oğlu da Tibb Universitetinin baş mühasibi postuna təsadüfən gətirilməyib.

ATU-da çalışan kadrların hiddətinə və təəccübünə səbəb olan təyinatlardan biri də, 1992-ci ildə Moskva şəhərində tibb elmləri namizədi adını alan dosent Rauf Bəylərovun elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunmasıdır.

Bu təyinatın anormallığı isə ondadır ki, Rauf Bəylərov 24 il ərzində 1 nəfər də olsun elmi kadr yetişdirməyib.

ATU-da uzun illər sözün həqiqi mənasında can qoyan, çoxlu sayda peşəkar kadrlar hazırlayan tibb elmləri namizədləri və doktorlar ola-ola, elm sahəsində heç bir xidməti olmayan şəxs prorektor təyin olunur.

Universitetdə vəzifə yerləri boş olduğu halda, bu kadr potensialından istifadə olunmur və heç kimə elmi vəzifələr verilmir.

Hətta akademik və professorlar layiq olduqları vəzifələrən kənarda saxlanılır. Buna necə ad vermək olar? Görəsən yeni rektor atdığı addımların məsuliyyətini dərk edirmi?

Daha sonra Azərbaycan Tibb Universitetinin tədris klinikalarında mənimsənilən milyonlardan və yeni rektorun bu mənimsəmələrə nəzarət etmək uğrunda göstərdiyi “çabalar”dan bəhs edilir.

ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Burada tələbələr və rezidentlər müxtəlif tibb sahələri üzrə nəzəri və praktiki təhsil alırlar.

Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər.

Ölkə prezidentinin səhiyyə sektoruna büdcədən ayırdığı milyonlarla vəsaitin, əslində öz yerlərində olmayan kadrlar tərəfindən mənimsənilib.

Rektorun mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ