SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Mən pis təkliflərə görə Röya olmuşam?”

“Mən pis təkliflərə görə Röya olmuşam?”

Tarix:

15-05-2018, 13:53

/ 1 743 dəfə oxundu.
“Mən pis təkliflərə görə Röya olmuşam?”

“Dünən mənə bir söz dedilər. Hirsimdən az qala həmin adamı öldürəcəkdim. Həyatımda ikinci dəfədir belə sual verirlər. Birinci 12 il bundan əvvəl demişdilər. Mənim qohumumun yaxşı səsi var. Dedilər ki, köməklik edim, yaxşı səsi var, amma ona pis şeylər təklif edirlər. Dedim ki, “stop” elə. Siz bizim sənətimizi necə ucuzlaşdıra bilərsiz”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Röya Ayxan deyib. Müğənni incəsənət sahəsini ucuzlaşdıran şəxslərdən söz açıb:

“İnciməsinlər, Rəqsanənin (Rəqsanə İsmayilova), yoxsa Nadirin (Nadir Qafarzadə) sözləri ilə belə nəticəyə gəliblər? Hərənin öz yeri var. Deyirəm ki, kim təklif edib, adam adı verə bilərsən? Elə bir şey yoxdur. Kim bacarıqlıdırsa, hamısına uğurlar arzu edirəm. Bizim sənəti yerə vurmasınlar. Deməli, mən pis təkliflərə görə Röya olmuşam? Gic-gic danışırlar”.

Röya əməkdar artist Aygün Bəylər və bəstəkar Nadir Əzimovla yaşadığı məhkəmə çəkişməsinə də münasibət bildirib:

“Mənim xəbərim yoxdur. Demişəm ki, məni məhkəməyə verin. O da gedib veriblər. Heç kim maraqlanmayıb. Doğrudan da qəlbimdə belə şeylər yoxdur. Söyülən mən, təhqir olunan mən, uduzan da mən! Görək axırı necə olacaq”.
Əməkdar artist deyib ki, Türkiyədə ona “Azəri” deyilməsindən xoşu gəlmir: “Yıldız Tilbenin mahnılarından ibarət albomu gözləyirdim. Bilsəydim ki, bu qədər uzanacaq, öz mahnılarımdan birini çıxardardım. Əflatundan, azərbaycanlı müəlliflərdən mahnılarımız var. Bundan əlavə, Gülşən mənim üçün mahnı hazırlayır. Mən yavaş-yavaş işləyirəm, pul tökmürəm. Bu sənətə nə pul tökəsən, nə də səni tapşıralar! Öz vətənimdə mənə yaxşı baxmısız, səhvlərimi, düzlərimi qəbul etmisiz.
Orda mənə deyirlər ki, pul qazanmırsan, heç yerə getmirsən. Bəs Türkiyədə bu işləri niyə görürsən? Mən də cavab verirəm ki, Azərbaycan deyəndə mən yada düşüm. Öz dövlətimizi təmsil edirəm. Çalışacam ki, “azəri” sözünü üstümüzdən götürüm. “Azəri” azərbaycanlı demək deyil”.

Şərhlər

XƏBƏR LENTİ