yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Sahib məni qısqanırdı" — Tanınmış sənətçilərin illər sonra açılan SİRRİ

8-05-2018, 12:48 458 dəfə baxılıb

Müğənni Bəturə Hüseynova Kamran Həsənlinin "Space" telekanalında aparıcısı olduğu "Onda başladıq" verilişində həmkarı Sahib İbrahimovu sərt tənqid edib.
"Ölkə.Az"ın məlumatına görə, sənətçi deyib:
"Sahiblə bir neçə duet hazırlamışdıq. Bizi prodüser Asif Kərimov bir araya gətirmişdi. Ancaq Sahib məni gözləmədi və mən gələnə qədər əməkdar artist Almaz Orucova ilə duet oxudu ki, bəlkə üzünə daha bir neçə qapı açıla. Halbuki mənə başqa sənətçilərlə duet oxumaq, toylara tək getmək qadağası qoyurdu o vətəndaş. Bəli, o bu cür təqdimata layiqdir. Mənim üçün sadəcə vətəndaşdır".
B.Hüseynova S.İbrahimovun hətta onu qısqandığını da dilə gətirib:
"Bəli, o məni qısqanırdı. Eyni zamanda çox paxıl insandır. Çünki heç kimlə oxumağımı istəmirdi".
S.İbrahimov isə əməkdaşımızla söhbətində B.Hüseynovanın dediklərini əsassız adlandırıb:
"Mən ilk dueti 1997-ci ildə, məhz Almaz Orucovayla oxumuşam. Bəturəylə iş birliyinə son qoymağıma başqa şey səbəb oldu. Hər yerdə deyirdi ki, Sahibi mən adam eləmişəm. Bu söz də xoşuma gəlmədi. Dedim ki, məni adam elədin, çox sağ ol”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ