SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Tolikin 18+ görüntüsünü yayan kanal işçiləri qovuldu - Qalmaqal

Tolikin 18+ görüntüsünü yayan kanal işçiləri qovuldu - Qalmaqal

Tarix:

19-04-2018, 14:15

/ 2 134 dəfə oxundu.
Tolikin 18+ görüntüsünü yayan kanal işçiləri qovuldu - Qalmaqal

Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub.

Yenicag.az-a istinadən məlumata görə, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

Hadisədə şübhəli bilinən "Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub.

Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib . Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır.

Şərhlər

XƏBƏR LENTİ