SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Toyda çəkiliş olmayacaq” - Zamiq

“Toyda çəkiliş olmayacaq” - Zamiq

Tarix:

11-04-2018, 13:52

/ 1 572 dəfə oxundu.
“Toyda çəkiliş olmayacaq” - Zamiq

“ARB Ulduz” un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub

Sənətçi toya hazırlaşmasından danışıb.

“Həmişə demişəm ki, olsa da gizlətməyəcəm. Planlaşdırmışıq, gələn ay toyumuzdur. Allah deyən olsun.

Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə başka bir insanla yeni bir həyata daxil olursan”.

Zamiq toyunda çəkliş istəmədiyini qeyd edib:

“Toyda çəkiliş olmayacaq. Çalışdığım qədər xahiş edəcəm ki, şəkil, video, ümumiyyətlə, çəkiliş olmasın. Nəyə görə? Çünki son zamanlar paylaşılan görüntülərə xoşagəlməz rəylər yazılır. Saytlar ona diqqət etməli və vaxtında pozmalıdır. Səhifəni idarə edənlər həmin adamları ya "bloklamalı", ya da yazılanları silməlidirlər. Çünki bu, ailədir”.

Şərhlər

XƏBƏR LENTİ