SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Demetdən Tatlısəsə ağır sözlər

Demetdən Tatlısəsə ağır sözlər

Tarix:

6-04-2018, 12:41

/ 1 564 dəfə oxundu.
Demetdən Tatlısəsə ağır sözlər

Türkiyənin pop ulduzu Demet Akalınla məəşhur müğənni İbrahim Talısəs arasında qalmaqal yaşanıb. Məşhurlar “Zeytun budağı hərəkatı”na dəstək üçün Afrinə getməsi Akalını qıcıqlandırıb. O da əsgərlərlə görüşmək istədiyini, ancaq dəvət almadığını vurğulayıb.

Görüşdən qayıdan Tatlısəs media nümayəndələrinin suallarını cavablandırıb. Müğənni etiraz edən həmkarlarına, xüsusilə Akalına cavab verib:

“Hər şey əla keçdi. Ağladıq, əyləndik, güldük. Onlara dəstək verdik, bunu niyə şişirtdilər. Hər kəsə dəvət göndərilib, gəlməyiblər”.

Demet həmin müsahibəni instaqram səhifəsində paylaşıb və İ. Tatlısəsi oğlunu əsgərliyə göndərməməkdə ittiham edib:

“Nə dəvət edilmişəm, nədə ki, çağrılmışam. Amma size tərbiyəyə dəvət edirəm. Yaraşdırmadım, təssüf! Allaha şükür ki, əksəriyyətindən dəliqanlıyam. Qardaşım əsgərə gedib. Siz də uşaqlarınızı yollayın, vətən borcudur”.

Şərhlər

XƏBƏR LENTİ