SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Könül Xasıyevaya 1 milyon 200 min "atdılar?” - ŞOK İDDİA

Könül Xasıyevaya 1 milyon 200 min "atdılar?” - ŞOK İDDİA

Tarix:

26-03-2018, 16:40

/ 1 683 dəfə oxundu.
Könül Xasıyevaya 1 milyon 200 min "atdılar?” - ŞOK İDDİA

Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya 1 milyon 200 min manat "atıldığı" barədə iddialar səsləndirilib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, "şəriki" qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma "şərik" pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.

Xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdləri baş tutmayıb.

Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

Şərhlər

XƏBƏR LENTİ